FRNSADA MÜSƏLMAN DİN XADİMİ XÜTBƏDƏ HƏDİS OXUDUĞU ÜÇÜN MÜHAKİMƏ EDİLƏCƏK

0

Fransanın Tuluza şəhərində Əlcəzair əslli din xadimi Muhamməd Tatai xütbədə hədisi-şərif oxuduğu üçün mühakimə ediləcək.

Tuluzanın mərkəzi “Empalot” məscidində imamlıq edən Tatai, 2017-ci ildə xütbə söyləyərkən Hz. Muhammədin (ﷺ) axır zamanda müsəlmanlar və yəhudilər arasında baş verəcək hadisələr barədə hədisini oxuyub.  

Növbəti ildə Muhamməd Tatai, yəhudi düşmənçiliyinə təşviq etməsi iiddiası ilə Tuluza Ağır cinayətlər məhkəməsinə göndərilib. Prosesin tarixi açıqlanmasa da din xadiminin vəkilləri Uilyam Bordon, Vincent Brenqhart və Jan İglesis bu istintaqın siyasi müstəvidə dəyərləndiriləcəyi ehtimalına qarşı qayğılandıqlarını açıqlayıblar.

Vəkillər həmçinin, oxunan hədisi-şərifdə irqçi nifrəti təşviq edəcək hər hansı bir cinayət ünsürünün olmadığını bildiriblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BOSNİYADA HİCABLI QADIN TƏHSİL NAZİRİ TƏYİN EDİLDİ

Bosniya və Hersoqovinanın Saraybosna kantonunda ötən gün qurulan hökumət təsdiqlənib. Nayda Hota Muminoviç Saraybosnanın yeni təhsil naziri təyin edilərək ölkənin...

Bağla