Fuat Oktay: “Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər bizi qürurlandırır”

0

“Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər bizi qürurlandırır”.

“Report”un Ankara bürosunun məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü münasibətilə Azərbaycan səfirliyinin Ankarada təşkil etdiyi qəbulda bildirib.

Fuat Oktay türk dünyasının böyük mütəfəkkiri İsmayıl Qaspıralının “Dildə, fikirdə, əməldə birlik” prinsipini xatırladaraq deyib ki, Türkiyə ilə Azərbaycanın həmrəyliyi günü-gündən daha da güclənir və iki qardaş ölkə arasındak müttəfiqlik Şuşa bəyannaməsi ilə öz təsdiqini tapıb.

Vitse-prezident deyib ki, Türkiyə ilə Azərbaycan xarici siyasətdən müdafiə sənayesinə, iqtisadiyyatdan ticarətə, nəqliyyatdan enerjiyə, ətraf mühitdən kənd təsərrüfatına qədər bir çox sahədə əməkdaşlığını artırıb: “Biz Qarabağın Ermənistanın işğalından azad olunmasını dəstəklədiyimiz kimi, bölgənin dirçəlişinə və sabitləşməsinə də eyni səmimi dəstəyi veririk. Qarabağın Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtəsindən işğal illərinin izlərini silib, öz tarixinin şanlı illərinə qaytarmağı başlıca vəzifəmiz kimi görürük”, – Fuat Oktay bildirib.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə Türkiyənin dövlət, hökumət və parlament nümayəndələri, silahlı qüvvələrin qoşun növü komandanları, Ankaradakı diplomatik korpus təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, beynəlxalq təşkilatların rəhbərləri, Türkiyədəki Azərbaycan diasporunun fəalları, tanınmış elm və sənət adamları, ziyalılar, qardaş ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.

Tədbirdə həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov ölkəmizin istiqlaliyyət tarixindən, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsindəki tarixi missiyasından danışıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“DAVAMLI SÜLH ÜÇÜN ƏRAZİ BÜTÖVLÜYÜNÜN TANINMASI ÖNƏMLİDİR”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından bəhs edərkən bunun Türkiyə-Ermənistan münasibətlərinə də təsir edəcəyini bildirib....

Bağla