Fevralın 17-də (bu gün) növbəti Ümrə ziyarəti baş tutacaq.
Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, ziyarət fevralın 24-nə qədər davam edəcək.
Şöbə müdiri mart ayında nəzərdə tutulan Ümrə ziyarətlərinin də tarixini açıqlayıb. O qeyd edib ki, gələn ay 10-17, 19-26 və 24-31 mart tarixlərində Ümrə ziyarətlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, pandemiyadan sonra Azərbaycandan ilk zəvvar qrupu Ümrə ziyarətini 2021-ci il dekabrın 2-dən 9-na qədər həyata keçirib. Bundan əlavə, yanvarın 13-dən 20-nə qədər, fevralın 3-9 və 10-16-da Ümrə ziyarətləri baş tutub.
Apa