Gələn həftə Bakıda İƏT-in (İslam Əməkdaşlıq Təşkilatı) Əmək Mərkəzi fəaliyyətə başlayacaq, rəhbər seçiləcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçiriləcək 5-ci konfransı barədə keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin mərkəzi qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsünü quruma üzv ölkələr yekdilliklə dəstəkləyib: “Artıq gələn həftə Bakıda İƏT-in Əmək Mərkəzi fəaliyyətə başlayacaq və rəhbər seçiləcək. Mərkəz sosial tərəfdaşlıq, əmək münasibətləri çərçivəsində əməkdaşlığı genişləndirəcək. Mərkəzin birinci mərhələdə DOST mərkəzlərinin birində fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzdə ondan çox üzv dövlət təmsil olunur və onlar DOST mərkəzləri ilə təmasda olacaqlar”.