Gəncə şəhəri və bəzi kəndlərimiz düşmən tərəfindən atəşə tutulur – (TƏCİLİ)

0

Düşmən tərəfindən Ermənistan ərazisindən Füzuli rayonunun ərazisi raket atəşinə, işğal altında olan ərazilərimizdən isə Ağdam və Tərtər rayonlarının kəndləri artilleriya atəşinə tutulur.

İslamveirfan.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhərini və Füzuli rayonunun Horadiz şəhərini raket atəşinə tutur.

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülür.

Məlumatda həmçinin bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə atəşə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanın bir sıra əraziləri işğaldan azad olunub – (SİYAHI)

Ötən gün bütün cəbhə boyu şiddətli döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriya və raket atəşinə...

Bağla