GƏNCLƏR FONDUNUN MALİYYƏ DƏSTƏYİ İLƏ “DİNİ-MİLLİ DƏYƏRLƏRİMİZDƏ QADIN AMİLİ” ADLI LAYİHƏNİN AÇILIŞI OLUB

0

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dini-milli dəyərlərimizdə qadın amili” adlı layihənin açılış tədbiri və ilk seminarı keçirilib. Tədbirdə tanınmış ziyalılar iştirak edib.

Din.az bildirir ki, Fonddan Trend-ə verilən məlumata görə, tədbirin mahiyyəti gənclər arasında maarifləndirmə işinin aparılmasıdır.

Sözü gedən tədbirin layihə direktoru Arzu Həsənzadənin sözlərinə görə, tədbir gənclər tərəfindən olduqca maraqla qarşılanıb. Gənclərin mövzu istiqamətində ünvanladıqları suallar ziyalılar tərəfindən cavablandırılıb, onların bu istiqamətdə təklif və münasibətləri dinlənilib.

Tədbirdə Azərbaycan İlahiyyat İnsitutunun, Bakı İslam Universitetinin tələbələri və digər gənclər təşkilatlarının üzvlərinin birgə iştirakı ilə 100-dən artıq gənc maariflənib. Tədbirdə iştirak edən gənclərə sertifikatlar verilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNƏ SƏDR SEÇKİSİ KEÇİRİLİB

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Ali Dini Şurasının toplantısı keçirilib.

Bağla