Gərgin döyüşlər bütün gecə davam edib – düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur

0

Oktyabrın 9-da günün ikinci yarısından oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam edib, düşmənə atəş zərbələri endirilib.

İslamveirfan.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

Məlumatda həmçinin bildirilir ki, düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən intensiv atəşə tutur.

Ordumuz Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görür.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Ordusunun Hadrut qəsəbəsi ilə yanaşı, işğaldan azad etdiyi səkkiz kənd – SİYAHI

Azərbaycan Ordusunun Hadrut qəsəbəsi ilə yanaşı, işğaldan azad etdiyi kəndlərin adı açıqlanıb. Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, Hadrut...

Bağla