Yerdəki maqnit qasırğasının gücü son saatlarda xeyli artaraq “G3” səviyyəsinə çatıb.
Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqi mərkəzi məlumat yayıb.
Hazırda planet yüksək səviyyəli Günəş partlayışlarından sonra beş göstəricidən ibarət monitorinq şkalası üzrə “güclü” mənasını verən “G3” səviyyəli maqnit qasırğası yaşayır.
Günəşdə bir neçə oblastda baş verən M sinif M 1.0 və M 2.7 alışmaları səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Lakin Yerə yönələn tac kütlə atımaları müşahidə ediməyib.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş aktivliyi M (R1-R2 mülayim orta) və müəyyən ehtimalla X (R3-güclü) səviyyədə olacaq.
Qeyd olunub ki, 03-05 may tarixlərində aktivlik səviyyəsi azalacaq: “Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir. G2 geomaqnit qasırğa səviyyəsində olan geomaqnit sahəsindəki artım günortaya, saat 15.00 radələrinə kimi davam edəcək, qasırğa səviyyəsi G1 səviyyəsinə və daha sonra normal hala enəcək. Saat 15.00-dan sonra maqnit qasırğa aktivliyini göstərən əmsal normal fon səviyyəsində olacaq”.
Qeyd edək ki, bu hadisə xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depressiya tipli hallar meydana gətirə bilər.
Eyni zamanda kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.
Report