Dekabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Elton Əkbərov adına Göyçay şəhər 2 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz və məktəblilərin dini dünyagörüşü” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, QMİ-nin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi, “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov, Göyçay şəhər “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov, orta məktəbin direktoru Fatma Həmidova, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.