GÖZƏL YAŞAMAQ ÜÇÜN HƏYATINDA 4 ŞEYİ UNUTMA!

0
  1. İlk olaraq sahib olduğun nemətləri sənə nəsib edən Rəbbinə qarşı şükür etməyi unutma. Şükrü nə qədər çox edərsənsə Allah nemətini də bir o qədər çoxaldar. Çünki Allah Təala Qurani-Kərimdə İbrahim surəsinin 7-ci ayəsində belə buyurur:

لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ

“Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!”

 

  1. Səni yoxdan var edən Rəbbini zikir etməyi (xatırlamağı) unutma! Rəbbini hər zaman xatırla ki, sən də xatırlanasan. Allah Təala Qurani-Kərimdə Bəqərə surəsinin 152-ci ayəsində belə buyurur:

فَاذْكُرُونِي أَذْكُرْكُمْ

“Məni xatırlayın ki, mən də sizi xatırlayım!”

 

  1. Ehtiyac içərisində olarkən, bir problemlə qarşılaşərkən və işlərinin daha gözəl getməsi üçün dua etməyi unutma! Bil ki, duana cavab verəcək bir Rəbbin var. Allah Təala Qurani-Kərimdə Ğafir surəsinin 60-cı ayəsində belə buyurur:

ادْعُونِي أَسْتَجِبْ لَكُمْ

“Mənə dua edin ki, dualarınızı qəbul edim!” 

  1. Bütün bunlarla birlikdə istiğfar etməyi (bağışlanma diləməyi) də unutma! Allah Təala Qurani-Kərimdə Ənfal surəsinin 33-cü ayəsində belə buyurur:

وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ

Onlar bağışlanmalarını diləyərkən də Allah onlara əzab verəsi deyil.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAH SƏNƏ NƏ DEYİR?

Sən yoruldum deyirsən, Allah: وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا Sən öz Rəbbinin hökmünə səbr et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən....

Bağla