GÖZLƏRİN İMTAHANI

0

Bu gün qlobal bir dünya var, güclülər gücsüzləri mədəniyyət əsarətində tuturlar. Daim güclünün mədəniyyəti yayılır.

Bu gün mənfəət mədəniyyəti dünyada hakimdir. İnsanlığın ruhu boşaldıldı. Bu materialist mühit, insanı eqoistləşdirdi və ruhani həyatını zədələdi. Dini həyatı olanlarda belə çaşqınlıq başladı. Allahın ayələrini özlərinə görə təfsir etməyə başladılar. Televiziya, internet, moda və sairə insanı bir robot halına gətirdi, insanların mürşidi internet oldu, televiziya oldu. Artıq modalar, markalar insanları irşad edir.

Təhsil kifayətsiz, mənəvi həyat zəifləmiş, bu müasir dünya, dəyişik bir cahiliyyət içində yaşayır.

Vicdanlar itirilmiş vəziyyətdədir. Bu gün ən çox müştərisi olan abort həkimləridir. Biz cahiliyyət insanına «qız uşaqlarını diri diri basdırırdılar» deyirik, bu gün isə daha betəri var.

Güclü gücsüzü əzir, faiz cəmiyyətin bərəkətini məhv edir.

Qadın şərəfli, iffətli olmalıdır. Bu gün qadın təmkinsiz, şərəfsiz bir əyləncə vasitəsinə, zövq alətinə çevrilib. Mahrəmiyyətlər keçmişdə qaldı.

İnsanların narahatlıqları bədənlərdən çox ruhlarındadır. Bu gün bədənlər doymuş, ruhlar ac bir vəziyyətdədir. İnsanların mənəviyyatı boş, nə varsa təqlid edilir.

Qoyun sürüsünün önünə bir qoç qoyarlar, sürü onun arxasından gedər, insanoğlu da bu hala gəldi.

Nəhayət, qəmli bir həyat yaşanır.

Bu gün şərtlər çətin, təhsil fövqəlbəşər səbir istəyir. Təhsillə məşğul olan insanların xarakterini və şəxsiyyətini düzgün müəyyənləşdirməli olan pedaqoq təqva sahibi olaraq ətrafına heyranlıq verməlidir.

Təbliğ vəzifəsi indiki vaxtda fərzi ayn halına gəlmişdir. Çünki cəmiyyət sıratı müstəqimdən yaxşıca sürüşməyə başlayıb. Televiziya, internet, küçələrin halı nəhayət hər kəs əmri bil-marufun mükəlləfiyyətindədir.

Bu gün cəmiyyəti görürük, nəfsi əmmarə hər kəsi cəzb edir. Vitrinlər, televiziya proqramları daim buna təşviq edir. Cəmiyyət seldə sürüklənən kötüklər kimi axıb gedir. Bir çox təmiz su da lağıma axır. Təmiz fitrətlər, ziyan olub gedir. Yəni cəmiyyətə qarşı ağır bir məsuliyyətimiz var. Cənabı Haqq bizə Quran nemətini vermişdir. Onun üçün də təqva həyatı yaşamağımız zəruridir. Sonra da əmr bil-maruf və nəhyi anıl-münkərdə olmaq, yəni İslamı yaşayaraq təbliğ etmək məcburiyyətindəyik.

Bu gün, O Əziz Peyğəmərin ümməti olaraq biz Onun göstərdiyi bu səy və həssaslıqdan bacardığımız qədər nəsib almağa çalışmalıyıq. Çünki yaxşılığı əmr etmək və pislikdən çəkindirmək, təbliğdə olmaq, Allahın adını ucaltmaq; bir möminin ən mühüm ictimai vəzifələrindəndir. Bu vəzifə, nəfsani arzuların sərhəddində və həddini aşaraq yaşandığı indiki vaxtda çox daha böyük əhəmiyyət kəsb edir. Çünki bu gün, televiziya, internet və moda vasitəsiylə ehtiraslar və nəfsani arzular qamçılanaraq,insanımızın mənəvi keyfiyyətini, hər gün daha pis bir vəziyyətə salır. Bu səbəblə, ünsiyyət imkanlarının son həddinə çataraq sanki dünyanı kiçildiyi indiki vaxtda möminlər olaraq, ən çətin şərtlər altında təbliğ vazifəsini ifa edən Peyğəmbərimiz və əshabı kiramı nümunə götürməli, imkan və fürsətlərin ayağımıza gəlməsini gözləməməli və daim İslam ilə diriləcək könüllərin axtarışı içində olmalıyıq.

Səhabə Təbuk səfərindən dönərkən hava çox isti idi. Bəlkə 50 dərəcə hərarət vardı, hər tərəf qovrulurdu. Su da yox idi. Sərinləmək üçün Semud qövmünün daşdan düzəltdikləri evlərə girdilər. Peyğəmbərimiz (s.ə.s.) dərhal xəbərdarlıq etdi:

“Bura mağmum, hüznlü girin. Allah burada bir qövmü həlak etdi”, buyurdu. Aradan minlərlə il keçmiş olmasına baxmayaraq, Peyğəmbərimiz oradan götürdükləri suyla hazırladıqları xəmirlər üçün, “Tökün” dedi. Qıtlıq var, qida ehtiyacı da çox amma yenə də icazə vermədi. Bunlar bizə ibrət olmalıdır. Cənabı Haqqın qəhrinin təcəlli etdiyi yerlərdə, üsyan olan yerlərdə olmamalıyıq. Ən başda da televiziyalara diqqət yetirməliyik. Proqramları görürük, oradan gələn inikaslar ürəyə zəhər səpir. Hətta böyüklər yolda gedərkən Xristian və Yəhudi qəbirlərinin kənarından keçərlərmiş. Meyxana və yaxud içki satılan bir yerə yaxınlaşmamışlar. Necə ki, bir atom partlayış etsə bir radiasiya verər, bunlar da radiasiya kimi ürəyə mənfi təsir göstərir. Onun üçün, daim salehlərlə, sadiqlərlə birlikdə olacağıq. Və bu pislik olan yerlərdə olmayacağıq. Bu cür yerləri seyr etməyəcəyik ki, ürəyimiz kibirlə dolmasan, ibadətlərə, itaətlərə qarşı bir kobudluq olmasın.

İnsan müsbət xüsusiyyətli insanlarla olduqda ayrı, fasiqlərin içində isə bir ayrı olur. Radioya baxır, televiziyaya baxır, internetə baxır, onların rəngini götürür girir. Yəni haldan hala keçir. Baxışlarımız çox mühümdür, nəyə baxsaq ürəyimizə onun bir hissəsi daxil olur. Onun üçün adi proqramlar, televiziya, internet, təəssüf ki, insan ruhunun xərçəngidir.

Həsən Bəsri Həzrətləri:

“Gecə ibadətinə qalxmaq, günahları altında əzilən kimsəyə ağır gəlir”, buyurur.

Televiziya seyr edib, mənfi işlərlə məşğul olub, sonra da «mən gecə qalxa bilmirəm» deyə şikayət etmək boş işdir. Bəyazid Bistami «Gecələr gündüz olmadan mənə heç bir şey fəth olunmadı», deyir.

Yaxşı bir çoban, sürüsünü təhlükəli yerlərdən qoruyar. Bu gün təəssüf ki, televiziya, mənfi nəşrlər, ədəbsizlik, qaranlıq küçələr, lüks yaşamağı və həddindən artıq istehlakı qamçılayan reklamlar və internetin səhv ünvanları, nəslin ruhuna zəhər saçan canavarlara çevrildi. Gənc beyinlər, bu mənfi təsirlərin bombardmanı altında şəxsiyyətini itirir və zamanla bu təlqinlərin şəklinə, formasına və qəlibinə çevrilir. Beləcə, gənclər, ruhən televiziyanın, internetin və küçələrin uşaqları halına düşür, gerçək ana-ataları ilə yaxınlıqları, bioloji bağdan başqa bir şey deyil. Belə bir övlad da qiyamət günü ana və atadan şikayətçi olacaq.

Halbuki, uşaqlar ana-ataya əmanət olaraq lütf edilmişdir. Onların da bu əmanəti xeyr və bərəkətlə doldurması lazımdır. Əgər bunu etsələr övladları qiyamət günü özlərinə sədəqəyı-cariyə olacaq.

Allah Rasul (s.ə.s.) belə buyurur:

“Öldükdən sonra qulun dərəcəsi yüksəldilər. Qul:

«_Ey Rəbbim! Bu savab haradan gəldi?» deyə soruşar. Cənabı Haqq ona:

«_(Özündən sonra qalan) xeyirli və saleh övladın sənin üçün istiğfarda oldu, dua etdi», buyurar. “(İbn-i Macə, Ədəb, 1; Əhməd, II, 509)

(Osman Nuru Topbaşın müxtəlif əsərlərindən yığılmışdır.)

Fatimə Zəhra

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏBBİMİZİN ÜÇ BÖYÜK EHSANI

İmtahan üçün gəldiyimiz dünya həyatında Rəbbimiz bizim üçün saysız nemətlər yaratmışdır.

Bağla