GÜCLÜ KÜLƏK DAVAM EDİR, BİR NEÇƏ RAYONA QAR YAĞIR – FAKTİKİ HAVA

0

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda Şəki, Xaltan, Şabranda yağış, Altıağac, Şahdağ, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.

Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 33 m/s-dək güclənib. Qax, Balakən, Gədəbəy, Daşkəsəndə küləyin sürəti 20 m/s, Şabranda isə 17 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metr təşkil edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə kəşfiyyatı PKK/YPG-PYD-nin rəhbərlərindən birini zərərsizləşdirib

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (Milli İstihbarat Təşkilatı) Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG-PYD qruplaşmasının bölgə başçısı Eymen Coli zərərsizləşdirilib....

Bağla