GÜNƏŞDƏ YENİ GÜCLÜ PARTLAYIŞ OLUB

0

Günəşin Yerə baxan tərəfində X səviyyəli yeni güclü partlayış olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçova istinadən məlumat yayıb.

“Günəşdə yeni X səviyyəli partlayış olub – düz Günəş-Yer xəttində. Kosmik izləmə məlumatlarına görə, Günəşdə ən yüksək – ilkin hesablamalara görə, X1.1 səviyyəli yeni partlayış qeydə alınıb”, – alim deyib.

Avqustun əvvəlində Yerdə baş verən maqnit qasırğası G3 səviyyəsinə çatıb ki, bu da “güclü” kimi qiymətləndirilir. Şkalada ən yüksək səviyyə G5 (son dərəcə güclü), ən aşağısı isə G1-dir (zəif).

Bu səviyyə o deməkdir ki, Yerdəki enerji sistemlərində problemlər yarana, o cümlədən təhlükəsizlik sistemlərində yanlış xəbərdarlıq siqnalları baş verə bilər. Hazırda Günəşdən Yerə doğru yeni partlayışlar və tullantı riskləri mövcuddur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycanla Türkiyə arasında layihələr müdafiə qüdrətinin artırılması üçün faydalıdır”

Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk...

Bağla