GÜNAHSIZ BİR İNSANIN ÖLDÜRÜLMƏSİ BÜTÜN İNSANLARIN ÖLDÜRÜLMƏSİNƏ BƏRABƏRDİR

0

Allah Təala, əl-Maidə surəsinin 5/32-ci ayəsində belə buyurur: “Buna görə də Biz Bəni-İsrailə yazdıq: “Hər kim bir canı öldürmək və ya yer üzündə fitnə-fəsad törətmək müqabilində kimi öldürərsə, sanki bütün insanları öldürmüş kimi olar”. “Kim bir can qurtararsa, sanki bütün insanların həyatını xilas etmiş olar”. Şübhəsiz ki, peyğəmbərlərimiz onlara açıq-aydın dəlillər gətirmişlər. Lakin bundan sonra onların çoxu yer üzündə həddindən artıq hərəkət edir.” (əl-Maidə, 5/32).

            Məlum olduğu kimi, Uca Allah İslamdan əvvəlki şəriətlərdə haqsız yerə bir insanın öldürülməsini qadağan etmişdir. İslamın müqəddəs kitabı Qurani-Kərimdə bu hökm bir daha təkrarlanmışdır. Hökmün təkrarlanması onun nə qədər əhəmiyyətli olduğunu insanlara göstərir. İslama görə insan canı müqəddəsdir.Belə ki, günahsız bir insanın öldürülməsi qadağan edilməsə, cəmiyyətdə qorxu hakim olar. İnsan canı yavaş-yavaş dəyərsizləşər (Kuran Yolu Tefsiri, 2/257-258). Allah Təala isə bunun qarşısına keçmək üçün Qurani-Kərimdə Habil-Qabil qissəsini misal vermiş (əl-Maidə, 5/27-31), arxasınca qəsdən bir insanın qətlə yetirilməsinin böyük bir günah olduğunu vurğulamışdır (əl-Maidə, 5/32).

            Ayə, yəhudilərdə də bu hökmün olduğuna diqqət çəkir. Təəssüf ki, Tövratda, Zəburda və Gemarada bu hökm yoxdur. Ancaq Mişnada belə bir ifadə vardır: “İsraildən bir nəfəri öldürən bütün irqi öldürmüş kimi cəzalandırılacaq, İsraildən bir nəfəri qoruyan isə Allahın kitabına görə bütün dünyanı qorumuş sayılacaqdır.” (Horovitz, “Tövrat”, 12/219). Mişnada yer alan ifadələr yəhudilərin də bu hökmə tabe olduqlarını göstərir. Təəssüf ki, bu gün yəhudilər bu hökmə sadiq qalmırlar. Onlar, minlərlə günhasız müsəlmanı qətlə yetirərək Allahın hökmünə qarşı gəlirlər. Yəhudilər yuxarıdakı hökmə tabe olarsa günahsız müsəlmanların qanları axmayacaq və haqsız yerə heç bir insanın canı ölüm təhdidi ilə qarşı-qarşıya qalmayacaqdır.

            Unutmayaq ki, bir insanı yaşatmaq onu öldürməkdən daha ülvidir…

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞUŞA İƏT-İN 2024-CÜ İL ÜZRƏ GƏNCLƏR PAYTAXTI SEÇİLİB

Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib. Bu barədə Gənclər və İdman Nazirliyindən...

Bağla