Gürcüstanda 2022-ci ilin dövlət büdcəsindən ölkənin müsəlman icmasına 2,2 milyon lari (təqribən 714 min dollar) həcmində vəsait ayrılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, dini icmalar üçün nəzərdə tutulan 4,5 milyon larinin 3,5 milyonu artıq bölüşdürülüb. Erməni xristian icması 600 min lari, Roma katolik icması 400 min lari, yəhudi icması isə 300 min lari əldə edib.
Yerdə qalan 1 milyon larinin bölgüsü cari ilin sonuna qədər aparılacaq.
Qeyd edək ki, Gürcüstan əhalisinin 11%-ni müsəlmanlar təşkil edir.