Türkiyənin Muş vilayətindəki həbsxanada məhkum olan Əfqanıstan əslli Tariq Hakimi, müqəddəs Qurani-Kərimi başdan-sona əzbərləyərək hafiz olub. Məlumata görə, 33 yaşlı Hakimi müqəddəs kitabı əzbərləmək üçün 14 ay vaxt sərf edib.
Keçirilən hafizlik mərasimində Muş valisi, Muş şəhər administrasiyasının nümayəndələri, Muş prokuroru və Muş müftülüyünün təmsilçiləri iştirak ediblər.
“Hafizliyin müəyyən edilməsi” imtahanından uğurla keçən Tariq Hakimiyə Hafizlik sertfikatı verilib.