HƏCC İBADƏTİ ÜÇÜN QOYULAN MƏHDUDİYYƏTLƏR LƏĞV EDİLDİ

0

Səudiyyə Ərəbistanı Krallığı, qlobal covid-19 pandemiyası səbəbindən Həcc ibadəti üçün tətbiq edilən məhdudiyyətləri ləğv edib.

Bu barədə Krallığın Həcc və Ümrə naziri Təvfiq ər-Rabia, “Expo Hac 2023” sərgisinin açılışındakı çıxışında məlumat verib.  

Nazir, zəvvar sayına qoyulan kvotanın və yaş məhdudiyyətinin ləğv edildiyini, bu mövsüm Həcc ziyarətinin pandemiyadan əvvəlki kimi olacağını deyib.

Xatırladaq ki, qlobal covid-19 pandemiyası səbəbindən 2020-ci ildən sonra Həcc ziyarətində zəvvar sayına qarşı kvota və yaş məhdudiyyəti tətbiq edilmişdi.

Bu səbəblə də 2019-cu ildə 2.5 milyon olan zəvvar sayı; 2020-ci ildə 10 min, 2021-ci ildə 60 min, 2022-ci ildə 779 919-u ölkə daxilindən olmaqla 899 353 nəfərlə məhdud qalmışdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZƏRRƏLƏRİN BÖYÜK HESABI

Quranda Rəbbimiz belə buyurur: “Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək, Kim də zərrə qədər pis bir...

Bağla