HƏCC VƏ ÜMRƏ ZİYARƏTLƏRİ ÜÇÜN ZƏVVARLARA PEYVƏND TÖVSİYYƏ EDİLDİ

0

Səudiyyə Ərəbistanı krallığının Həcc və ümrə naziri ziyarətə gəlmək istəyən zəvvarlara müraciət edib.

Nazir Salih bin Tahir Bente, ibadətlərin təhlükəsiz və sağlan yerinə yetirilməsi üçün zəvvarların koronovirus peyğəndi vurdurmalarını tövsiyyə edib. Nazir həmçinin, bu tədbirlər çərçivəsində krallığın Səhiyyə Nazirliyi ilə koordinasiyalı işlədiklərini bildirib.

“Bütün müqəddəs məkanlarda tez-tez sterilizasiya işləri aparılacaq, habelə bu yerlərdə sosial məsafə, maska və fərdi gigiyena qaydaları, məhdud zəvvar sayı kimi qaydalara da riayət ediləcək.” – deyə nazir vurğulayıb.

Qeyd edək ki, indiyə qədər Səudiyyə Ərəbistanında 363 259 nəfər koronovirusa yoluxub, onlardan 6 265 nəfər dünyasını dəyişib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-DA MÜSƏLMAN HƏKİM XƏSTƏLƏRİN YARIM MİLYONDAN ÇOX BORCUNU SİLDİ

Amerikada müsəlman həkim xəstələrinin yarım milyon dollardan çox borcunu sildi. BBC-nin xəbərinə görə ABŞ-ın Arkansas əyalətində  Dr. Omar Atiq, 30...

Bağla