Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanınına gələn qonaqlara daha yüksək xidmətin göstərilməsi, onların rahatlıqla ibadət etməsi üçün şəraitin yaradılması məsələləri müzakirə edilib
Türkiyə və Səudiyyə Ərəbistanının arasında həcc ziyarətlərinə hazırlıq məsələləri müzakirə edilib.
Bildirilir ki, Səudiyyə Ərəbistanının həcc və ümrə məsələləri üzrə naziri Məhəmməd Salih bin Tahir Benten ilə Türkiyənin dini işlər üzrə naziri Əli Erbaş arasında görüş olub. Səudiyyə Ərəbistanının rəsmi agentliyi olan SPA-da yer alan xəbərə görə, Benten həcc ziyarəti ilə əlaqədar Türkiyə, İndoneziya və İranın nümayəndələrini ayrı-ayrılıqda qəbul edib. Görüşdə növbəti həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn qonaqlara daha yüksək xidmətin göstərilməsi, onların rahatlıqla ibadət etməsini təmin etmək məqsədi ilə şəraitin yaradılması məsələləri müzakirə edilib.
Xatırladaq ki, ötən ilin rəsmi statistikasına görə, 2 milyon 371 min nəfər həcc ziyarətinə gedib.