HƏCC ZİYARƏTİ LƏĞV OLUNA BİLƏR

0

Bütün dünyanı təsiri altına alan kovid-19 virusunun sürətlə yayılması Həcc ziyarətinin ləğv edilməsini gündəmə gətirib. Səudiyyə Ərəbistanının həcc və ümrə naziri Muhamməd Saleh bin Tahir Banten deyib ki, həccə getməyə hazırlaşan müsəlmanlar biraz gözləməli olacaqlar.

“Dünyanın dörd bir tərəfindəki müsəlman qardaşlarımızdan xahişimiz budur ki, xəstəliklə bağlı vəziyyət konkretləşənə qədər gözləsinlər. Bu şərtlər altında Allahdan bizi xilas etməsini gözlədiyimiz qlobal xəstəlikdən bəhs edərkən, krallık müsəlmanların və vətəndaşlarının səhhətini qorumaq istəyir.” – deyə nazir açıqlamasında bildirib.  

Qeyd edək ki, İslamın 5 şərtindən biri olan və bu il iyul ayına təsadüf edən Həcc ziyarəti ləğv edilərsə bu, 1450 illik islam tarixində 40-cı ləğv ediş olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏKKƏ VƏ MƏDİNƏDƏ KOMENDANT SAATI ARTIRILDI

Səudiyyə Ərəbistanı krallığı, covid-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində Məkkə və Mədinə şəhərlərində komendant saatının vaxtını artırıb. Rəsmi SPA agentliyinin...

Bağla