HƏCC ZİYARƏTİ ÜÇÜN ŞƏRTLƏR VƏ ZƏVVAR KVOTASI AÇIQLANDI

0

Səudiyyə Ərəbistanı krallığı, qlobal pandemiya səbəbindən bu il baş tutacaq Həcc ziyarətində zəvvar sayının 60 min ilə məhdud olacağını açıqlayıb.  

Krallığın Həcc və Ümrə Nazirliyi, ziyarətin xüsusi şəraitdə yerinə yetiriləcəyini, zəvvarların sağlamlığı və təhlükəsizliyini qoruyacaq xüsusi tədbirlərin həyata keçiriləcəyini, ibadətin ifası üçün xüsusi mühit yaradılacağını açıqlayıb.  

Həmçinin, bu il 60 min nəfərin Həcc ziyarətinə izn veriləcəyi, onlardan 45 mininin əcnəbi, 15 mininin isə yerli zəvvarlardan ibarət olacağı, zəvvarların yaşlarının 18 ilə 60 arasında, sağlam insanlar olacağı bildirilib.

Bundan başqa zəvvarlardan son 6 ayda ciddi bir xəstəlik keçirmədiyini və xəstəxanada yatmadığını sübut edən arayış da tələb olunacaq, vaksinasiya olanların payvənd kartını göstərməyi məcburi olacaq. Vurdurulan peyvəndlərin isə krallıq məqamları tərəfindən qəbul edilən peyvəndlə eyni olmağı labüddür.  

Peyvəndin ilk dozasının 13 may, növbəti dozasının isə Səudiyyə Ərəbistanına getməyə 14 gün qala vurulmağı da tələb olunan şərtlər arasındadır.

Şərtlərə görə Həcc ziyarəti üçün xaricdən gələn zəvvarlar 3 gün karantin şəraitində saxlanılacaq, ibadət vaxtı sosial məsafə və maska şərtlərinə riayət ediləcək, qalacaqları yerdə PCR testindən keçiriləcəklər.  

Otellərdə və otaqlarda toplaşmağın qarşısını almaq üçün ehtiyyat tədbirləri görüləcək, hər zəvvarın otağına yemək göndəriləcək, bununla da yeməkxanalarda və bufetlərdə yaranacaq izdihamın qarşısı alınacaq.

Zəvvarların baqajları dezinfeksiya ediləcək, bunun üçün xüsusi bir heyət fəaliyyət göstərəcək.

Daxili səyahətlərdə hər zəvvara nömrə ilə oturacaq ayrılacaq, ayaqüstə sərnişin götürülməyəcək, ailələrin birlikdə oturmağına izn verilsə də sərnişin sayı avtobusun tutumunun 50%-dən çox olmayacaq.

Şeytan daşlamaq üçün zəvvarlara sterilzasiya olunmuş, xüsusi bağlamalarda olan daşlar veriləcək.

Habelə kovid-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində Məscidi-Haram ərazisindən xalçalar yığışdırılacaq, sosial məsafə qaydalarına riayət etmək üçün yerə 2 metrdən bir etiket yapışdırılacaq.

 

İHA

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ PREZİDENTİ R.T.ƏRDOĞAN AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

“Qeyd edə bilərəm ki, bu günlərdə Azərbaycan və Türkiyə Prezidentləri səviyyəsində, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və restavrasiya işlərinin...

Bağla