Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar arasında ölüm faktı qeydə alınmayıb

0

Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar arasında ölüm faktı qeydə alınmayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

“Ölüm faktı qeydə alınmayıb. Bu il digər ölkələrdən Həccə qeyri-qanuni gələnlərin sayı çox olduğu üçün, ölüm halları çoxalıb”, – şöbə müdiri deyib.

Qeyd edilib ki, zəvvarlar namaz qılmaq, dualar etmək üçün Kəbəyə gedib-gəlirlər:

“Hazırda zəvvarlarımız Məkkədə hotellərdə qalmaqdadırlar, bir neçə gündən sonra fasilələrlə qruplar və qafilələr şəklində Mədinə şəhərinə yola düşəcəklər”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN GÖZLƏNİLƏN HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR ƏHALİYƏ MÜRACİƏT EDİB

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Müraciətdə güclü külək...

Bağla