HƏCC ZİYARƏTİNİN BAŞLAYACAĞI TARİX AÇIQLANDI

0

Kovid-19 pandemiyası səbəbindən bu il məhdud sayda zəvvarın iştirak edəcəyi Həcc ziyarəti iyulun 29-da başlayacaq, Arafat vəqfəsi iyulun 30-na təsadüf edəcək.

Bu barədə Səudiyyə Ərəbistanı krallığının Nəcc və Ümrə Nazirliyinin əməkdaşları məlumat yayıb.

Bu ilki Həcc ziarətini sadəcə Səudiyyə Ərəbistanında yaşayan müsəlmanların yerinə yetirəcəyini açıqlayan nazirlik rəsmiləri, pandemiya səbəbindən zəvvarların və Məscidi-Haram əməkdaşlarının maska geyinməsinin məcburi olduğunu bildiriblər.

Həmçinin Mina, Müzdəlifə və Arafatda 50 kvadratmetrlik çadırlarda maksimum 10 zəvvarın qalacağı, şeytan daşlamaq üçün istifadə ediləcək daşların dezinfeksiya edilərək paketlərdə paylanacağı, zəmzəm suyunun isə xüsusi qablaşdırmalarda veriləcəyi bildirilib.

Nazirlik, Kəbə və Həcəri-Əsvədə toxunmaq və öpmənin qadağan edildiyini, maska və sosial məsafə şərti ilə kütləvi namaza izn veriləcəyini, virusa yoluxnların ayrı bir qrupda ziyarətlərini tamamlamasına izn veriləcəyini bəyan edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏHİDLİK ƏN ÜLVİ QAYƏDİR

Şəhidin cənnətə girməsinə mane olan səbəb varmı? İslam dininə görə şəhidlik mərtəbəsi ülvi bir mərtəbədir. Qurani-kərimdə şəhidlərin ölmədikləri və Rəbbi...

Bağla