HƏCCDƏ ZƏVVARLAR ÜÇÜN PEYVƏND VƏ KARANTİN ŞƏRTİ LƏĞV OLUNDU

0

Səudiyyə Ərəbistanı krallığı əcnəbi zəvvarlar və ümrə ziyarətçiləri üçün PCR, vaksinasiya və karantin məcburiyyətini ləğv edib.

Bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayılıb.

Məlumatda, xaricdən gələn zəvvarların PCR, peyvənd və karantin tələbi olmadan hər cür viza ilə ölkəyə buraxılacağı qeyd edilib.  

Harameyn Nazirliyi isə ölkədə vaksinasiya nisbətinin 99%-ə çatdığını, yoluxma nisbətinin isə 5%-dən az olduğunu bəyan edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN ŞUŞA BƏYANNAMƏSİNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ QƏRAR İMZALAYIB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin təsdiq edilməsi barədə qərar...

Bağla