Səhihi-Buxaridən seçilmiş 1500-dən çox Hədisi-Şərifi ehtiva edən “Zübdətul-Buxari” əsəri ilk dəfə rus dilinə tərcümə olunub.
Dağıstan əslli İslam alimi Ömər Ziyauddin əl-Dağıstaninin yazdığı kitabı Tatarıstan müftiliyi tərcümə və nəşr etdirib.
Əsər barədə açıqlama yayan Tatarıstan Müsəlmanları Dini İdarəsi, Səhihi-Buxarinin müsəlmanlar üçün Qurandan sonra ən etibarlı mənbə olduğunu bildirib.
Dövrün ehtiyaclarına görə Səhihi-Buxarinin müxtəsər versiyalarının hazırlandığı bildirilən açıqlamada, bu çalışmaların başında “Zübdətül-Buxari” əsərinin olduğu qeyd edilib.
Qeyd edək ki, əsərin martın 27-də Dağıstan və Tatarıstan müftilərinin iştirakı ilə Mahaçkalada təqdim olunacağı bildirilir.