Türkiyə Diyanət işləri başkanlığının hazırladığı və rus dilində tərcümə etdirdiyi “Hədislərlə İslam” əsəri Rusiya dövlət kitabxanasına təqdim edilib.
“Hədislərlə İslam” əsərini, dünyanın ən böyük kitabxanalarından biri hesab edilən və yerli xalqın “Lenin kitabxanası” dediyi quruma təqdim etmək üçün tədbir keçirilib.
Tədbirdə Türkiyənin Moskvadakı səfirliyinin Dini xidmətlər müşaviri Ömer Faruk Savuran, kitabxananın direktoru Viktor Fedorov və s. şəxslər iştirak edib.
Qərbdə Qurani-Kərim nüsxələrinin yandırıldığını xatırladan kitabxana direktoru, belə bir vaxtda bu əsərləri kitabxanaya hədiyyə edənlərə təşəkkür edib.