Rusiyanın paytaxtı Moskvada keçirilən “ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri” adlı mövzusunda XVIII Beynəlxalq Müsəlman Forumda “Hədislərlə İslam” toplusunun rus dilinə tərcüməsi təqdim olunub.
İslamveirfan.com xəbər verir ki, təqdimatı, Türkiyə Diyanət İşləri idarəsinin sədri professor Əli Erbaş həyata keçirib.
Bu toplunun sadəcə müsəlmanlar üçün yox, rus dilində danışan əhali üçün əhəmiyyətli olduğunu deyən Əli Erbaş hədis və sünnənin müsəlmanların əsas mənbələrindən olduğunu vurğulayıb.
Qeyd edək ki, “Hədislərlə İslam” adlı 7 cildlik toplu 86 hədis professoru tərəfindən 10 il ərzində hazırlanıb.