HƏR İNSANIN KEÇƏCƏYİ QAPI

0

Ölüm hər bir insanın qorxduğu, üz-üzə gəlməkdən belə geri durduğu bir həqiqətdir. Bəzi insanlar ölümü insanın yoxluğu sanarlar. Amma ölüm dünya həyatı ilə axirət həyatı arasında keçid və yaxud da qapıdır.

Qapının arxasında, yəni axirət həyatımızda, cənnət və cəhənnəmdə olmağımız da Allahın bu dünyadakı davranışlarımızı bəyənib bəyənməməsinə bağlıdır.

Ölüm imanlı insanlar üçün bir sevinc vəsiləsidir. Vaxtı bitibdə imtahanda üzü ağ çıxan insanın arxasından hüzünlənmək çox mənasızdır. Ölən insan çox yaxın qohumumuz, anamız, atamız və çox sevdiyimiz biri də ola bilir. Ancaq iman edən bir insan ölümün bir ayrılıq olmadığını, sadəcə ölən insanın bu dünyadakı vaxtının bitdiyini düşünmələ və ona görə davranmalıyıq. Ölənlərin arxasından ağlayırıq, hüzünlənirik, öləcəyimizi qəbul etmək istəmirik. Əslində ağlayan hər insan özü üçün göz yaşı axıdır. O torpağa qoyulan bir gün onunda olacağını bilərək yaşayır və qorxur.

Allah dilədiyi zaman bizim canımızı ala bilir. Ona görə də vaxtımız bitənə qədər çalışıb Allahın sevgisini qazanmalıyıq. Unutmamalıyıq ki, ölüm bir son deyil, bir keçiş qapısıdır. Sonsuza qədər davam edən əsl həyat axirət həyatıdır. Bizimdə hər an axirət həyatı üçün çalışmamız lazımdır. İmatahandakı bir insan ordan heç ayrılmayacaqmış kimi səy göstərərmi? Xeyir, sadəcə sualları cavablayıb tez çıxmaq istəyər.

Dünya həyatında da insan Allahın onun üçün hazırladığı imatahanı yaxşı bitirb Allahın rizasını və cənnəti qazanması üçün çalışmalıdır.

Həyat üçün kimsə istədyi vaxtı, zamanı görə bilmir. İnsanın əlində olan isə saəcə yaşadığı vaxt. Gələcəktəki hər hansı bir zaman dilimi bizim yaşadığımız vaxtın sonrasına keçərsə xəyallarda qəbrə qoyulur. Ev, maşın, insan münasibətləri, yardımlaşma, dostluq və ibadətimiz bunların bir hissəsi. Sonumuzun nə zaman nöqtələndiyini kimsə bilmir.

Həyatı da ölümü də yaradan Allah Təaladır. Onun yaratdığı hər şeydə bir gözəllik, bir hikmət vardır. Həyatı da ölümü də gözəlləşdirən şey gözəl əxlaqı və əməlləridir. Əgər bunlar yoxsa nə dünyada, nə də axirətdə rahata qovuşmaz.

Hər insanın dünyadakı ən vacib işi Allahı sevmək və Allahın rizasını qazanmaq üçün çalışmaqdır. Çünkü sonsuz mərhəmət sahibi olan Rəbbimiz Ona inanan bəndələrini sevməkdə və hər an qorumaqdadır. 

Mədinə Əliyeva

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CƏMİYYƏTİN MEMARINI TANIYIRSINIZMI?

Sağlam bir cəmiyyət, yetişmiş ailələrdən; yetişmiş ailələr ağıllı və uzaqgörən valideynlərdən ibarətdir. Ailələr, tarixdəki toplumların ömürlərini və güclərini müəyyənləşdirən özül...

Bağla