Türk əslli almaniyalı futbolçu Mesut Özil hər matçdan əvvəl Qurandan ayələr oxuduğunu və dua etdiyini bildirib.
Ulduz futbolçu “TRT Deutsch” kanalına müsahibə verəndə, “Matçdan əvvəl etdiyiniz xüsusi bir dua varmı, və ya dua edərkən nə təmənna edirsiniz?” sualına cavab verərkən belə deyib.
“Mən bir müsəlmanam. Əvvəl Qurandan bəzi ayələr oxuyuram. Daha sonra da təbii ki, komanda yoldaşlarım hər şeyin qaydasında olmasını təmənna edirəm. Bu cür şeylər…” – deyə Mesut Özil bildirib.
Qeyd edək ki, 3.5 illiyinə Türkiyənin “Fenerbahçe” klubuna transfer edilən Özil, daha əvvəl də xeyriyyəçi işləri ilə mətbuatın gündəminə gəlib.