“De ki: Biz Allaha, bizə endirilənə, İbrahim, İsmail, İshaq, Yaqub və onun oğullarına endirilənlərə, Musa, İsa və digər peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman etdik. Onların aralarında fərq qoymuruq. Biz ancaq Ona təslim oluruq.” (Ali-İmran surəsi 84)
İnsanın dünya həyatında yaxşı, doğru və gözəl olanı tapa bilməsi, axirətdə və dünyada xoşbəxtliyə çata bilməsi üçün Allah zaman-zaman mesajlar göndərmişdir. İlahi kitablar fərqli zamanlarda, fərqli cəmiyyətlərə göndərilmişdir. Hər birinin ifadə şəkli fərqli olsa da, hamısının özəyi birdir: sağlam bir iman, bu imana yaraşan doğru və gözəl davranış qaydaları. Qurani-Kərim xaricindəki ilahi kitablar zaman keçdikcə insanlar tərəfindən dəyişdirilmiş, bunların üzərinə əlavə və çıxartmalar, məqsədyönlü şərhlər edilmişdir. Allahın ən son vəhyi olan Quran həm əvvəlki kitablarda Allahın vəhy etdiklərini təsdiq edir, həm də onlara insanların qarışdırdıqları səhvləri aradan qaldırıb düzəldir. Qurani-Kərim dünyanın sonuna qədər qüvvədə qalacaq və heç bir şəkildə pozulmayacaq son ilahi xitabdır.
Allahın biz insanları dünya həyatında yalnız buraxmadığını, bizə yol göstərdiyini bilərik. Bu da Allaha olan güvənimizi artırar. Allahın mesajını başa düşməyə və başa düşdüklərimizi tətbiq eləməyə çalışarıq. Beləcə, Allahın istədiyi kimi bir bəndə olmaq yolunda irəliləyərik. Vəhyin Onun danışması olduğunu bilərək Qurani-Kərimi oxuyarıq. Oxuduqlarımızla qəlbimiz hüzur və şəfa tapar. Qurani-Kərimi əlimizə alanda bizim kimi milyonlarla müsəlmanın eyni kitabı oxuduğunu bilər, bir çox insanın eyni doğrulara sahib olduğunu başa düşərik. Beləcə, birlik və bərabərlik hisslərimiz inkişaf edər.
7/24 Elmihal Kitabı (İpəkyolu Nəşriyyatı)