HƏYATIMIZLA BAĞLI 7 ƏXLAQİ PRİNSİP

0

“Hücürat” surəsi Qurani-Kərimin insanlararası sosial münasibətləri tənzimləyən ümumbəşər prinsipləri ehtiva edən çox dəyərli bir surəsidir. Mədinədə nazil olan bu surənin müsəlman cəmiyyətini Allahın rizası istiqamətində formalaşadıran, əməl etdiyimiz təqdirdə qul haqqına girməkdən qoruyan və müsəlman qardaşlığını möhkəmləndirən prinsipləri bunlardır:

  1. Hər eşitdiyinizə inanmayın və xəbərlərin əslini araşdırın: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz”. (Hücürat, 49/6)
  2. Müsəlman qardaşlarınızın arasındakı münaqişəyə biganə qalmayın və onları barışdırmağa çalışın: “Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın!” (Hücürat, 49/9)
  3. Möminlər olaraq bir ailə kimi olun və bir-birinizi sevin: “Şübhəsiz ki, möminlər qardaşdırlar”. (Hücürat, 49/10)
  4. Başqalarına qarşı təkəbbürlənməyin və onlarla istehza etməyin: “Ey iman gətirənlər! Kişilər kişiləri lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar”. (Hücürat, 49/11)
  5. Heç kimə qarşı sui-zənn bəsləməyin və qərəzli olmayın: “Ey iman gətirənlər! Zənnin çoxundan uzaq durun! Həqiqətən, zənnin bir qismi günahdır.” (Hücürat, 49/12)
  6. Bir-birinizin arxasınca danışmayın və qeybət qırmayın: “Bir-birinizi güdməyin və bir-birinizin qeybətini qırmayın!” (Hücürat, 49/12)
  7. Bir-birinizə qarşı millətçilik və ayrıseçkilik etməyin! Sizin ən üstün olanınız Allahdan ən çox qorxanınızdır: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır”. (Hücürat, 49/13)

f.f.d. Ələddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ HƏRBÇİLƏRİ AZAD EDİLMİŞ ƏRAZİLƏRİ MİNALARDAN TƏMİZLƏYƏCƏK

Ağdamda yerləşəcək Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş ərazilərin...

Bağla