HƏYATINIZI DƏYİŞDİRƏCƏK ƏN ÖNƏMLİ TÖVSİYƏ

0

Hər kəs boynunda “Mənə özümü önəmli və dəyərli hiss etdir!” yazısı yazılmış bir lövhə gəzdirir desək yanılmarıq. İnsanlarla münasibət qurduğunuz zaman bu mesajı əsla unutmayın. Əgər üzərində diqqətli çalışılarsa bu tövsiyə həyatınızda çox önəmli dəyişikliklərə səbəb ola bilər. Həyat yoldaşınız, övladlarınız, müştəriləriniz, iş yoldaşlarınız və ya qarşılaşdığınız insanlarla  quracağınız hər hansı bir ünsiyyətdə uzun müddətli bir təsir yaratmaq istəyirsinizsə qarşınızdakı insanın dəyərli olduğunu ona hiss etdirməyiniz lazımdır. Bunu bacara bilməyiniz üçün bu 4 tövsiyə sizin köməyinizə çata bilər.

  1. Qarşılaşdığınız hər kəsi böyük bir həvəs və səmimiyyətlə salamlayın. Yəqin hər birimiz etiraf edərik ki, bizim özümüz də başqaları tərəfindən səmimiyyətlə qarşılanıb salamlandığımız zaman özümüzü çox yaxşı hiss edirik. Bu texnika hər nə qədər sadə və bəsit görünsə də ünsiyyətin müsbət mənada inkişafı üçün əvəzsiz xidmətləri var. Bu metodu xüsusilə uşaqlarınızla ünsiyyətdə istifadə etdiyiniz zaman həyatınıza rəng qatacaq bir çox nəticələrin ortaya çıxmasının şahidi ola bilərsiniz. Evdən çıxarkən və ya işdən evə qayıdarkən uşaqla səmimi salamlaşma və ona xoş sözlərin deyilməsi ona alınacaq bahalı hədiyyələrdən daha çox müsbət təsir edir.
  2. Yavaşlayın. Söhbətlərinizdə qarşınızdakı insanı həqiqi mənada dinləmək üçün vaxt ayırın. Bir adamla danışdığınız zaman sonra nə söyləyəcəyinizə deyil, onun sözləri, danışdığı ton və bədən dili ilə nə söylədiyinə fokuslanın. Rahat olun və cavab vermədən dinləyin. Söhbət əsnasında öz ehtiyaclarınızı bir kənara qoyun və onların bu gün nəyə ehtiyacları oluğunu anlamağa çalışın.
  3. Keçmiş söhbət və görüşlərinizin təfərrüatlarını xatırlamağa çalışın. Sizinlə daha əvvəl danışdığı mövzular haqqında suallar soruşun. “İmtahan nəticələrinin necə olduğunu”, “xəstə atasının sağalıb-sağalmadığını” soruşaraq sizin üçün nə qədər əhəmiyyətli olduğunu hiss etdirə bilərsiniz.
  4. İnsanların sizin üçün etdikləri kiçik yaxşılıqları belə təqdir edin və əsla “Təşəkkür edirəm!” cümləsini söyləməyi unutmayın. Bunun üçün bir o qədər də böyük şeylərin olmasına ehtiyac yoxdur. Bunu bir mesajın içərisində istifadə edəcəyiniz bir neçə gözəl və xoş cümlə ilə edə bilərsiniz. Əsas olan odur ki, sevdiyiniz insanlara öz şəfqətinizi göstərmək üçün müxtəlif yollardan istifadə edəsiniz. Bunu uzaqda olan sevdiklərinizə bir telefon zəngi və yanınızdakı sevdiklərinizə kiçik hədiyyələrlə edə bilərsiniz. Nəticə etibarı ilə siz ətrafınızdakı insanlara özlərini sizin üçün önəmli hiss etdirdiyiniz zaman ətrafınızda güvən və qarşılqlı xoş münasibət şəraiti bərqərar etmiş olursunuz. Bundan sonra da uğur və xoşbəxtlik sizin və sevdilərinizin həyatının ayrılmaz parçasına çevrilir.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Gəncə, Mingəçevir və digər şəhərlərə yönəlmiş növbəti ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb

Oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki...

Bağla