Həzərəti Ömərin (ra) bu halı necə də ibrətlidir.
Bir gün Hz. Ömər (ra) bir evin qarşısından keçərkən, ev sahibinin çöldən də eşidiləcək səslə Qurandan Tur surəsini oxuduğunu eşitdi. Bu ayətlərin, “Rəbbinin əzabı mütləq gerçəkləşəcəkdir. Onu dəf edə biləcək heç bir şey yoxdur.” (Tur-7,8) tilavətini eşidən Hz. Ömər (ra) atından endi və divara söykənib bir müddət qulaq asmağa davam etdi. Sonra evinə getdi və bu ayənin şiddətli xəbərdarlığının təsiri ilə xəstə oldu.
Yenə tabiindən Əbu Vail rəvayət edir: Abdullah ibni Məsudla (ra) yola çıxdıq. Yanında Rəbi ibni Heysəm də (ra) vardı. Bir dəmirçinin yanından keçirdik. Dəmirçi odu körükləyirdi. Heysəm bir müddət oda baxdı, cəhənnəm yadına düşdü və yıxılacaq kimi oldu.
Yenə Abdullah ibni Məsud (ra) sobanın alov-alov yandığını görəndə Furqan surəsinin 13-cü ayəsini, “Onlar (əlləri boyunlarına) bağlanmış bir halda oradan (cəhənnəmin) dar bir yerinə atıldıqları zaman orada ölümü arzulayacaqlar.” oxudu. Rəbi özündən gedib huşunu itirdi. İbni Məsud (ra) evə aparıb günortaya qədər onun yanında gözlədi. Amma Rəbi özünə gəlmədi. Ancaq ikindiyə yaxın özünə gəldi.
Yəni Qurani-Kərim ürəyin səviyyəsi nisbətində dərinliyinə gedilməsi mümkün olan okean kimidir. Necə ki, üzməyi ilməyən bir insan ancaq dayaz sularda çimir, qüvvətli bir dalğıc isə dənizin dərinliklərinə enir və hər dəfə müxrəlif mənzərələr görür.