Səudiyyə Ərəbistanı krallığı zəvvarlara rəhbərlik, təşkilatçılıq və s. bu kimi xidmətlər verəcək “smart kart”ı istifadəyə verib.
Bu məqsədlə zəvvarların giriş-çıxışlarını asanlaşdırmaq üçün Məkkə şəhərinin yaxınlığındakı Əz-Zeyidi bölgəsində “Qəbul və Qarşılama Mərkəzi” layihəsinin açılığı olub. Mərkəzin açılığını Həcc komitəsinin sədri şahzadə Xalid əl-Faysal ibni Abduləziz edib.
Zəvvarlara smart kartların veriləcəyi mərkəzdə, dövlət portalında olan Həcc iznləri bu kartlara yüklənəcək və bu kartlarda insansız cihazlar vasitəsilə istifadə olunacaq.
Mərkəzdən ilk smart kartı alan Həcc və ümrə nazirinin müavini Abdulfəttah Məşət, bu kartdan düşərgələrə giriş, nəqliyyatdan istifadə, otellərə giriş, ödəmə əməliyyatları, yolu itirənlərə rəhbərlik, gediləcək mövqeyə çatmaq və s. işlərdə istifadə olunacağını deyib.
Xatırladaq ki, qlobal pandemiya səbəbindən Səudiyyə Ərəbistanı bu il də ötən il olduğu kimi Həcc ibadəti üçün əcnəbi zəvvar qəbul etməyib. Bu il ölkə daxilindən xroniki xəstəliyi olmayan 18-65 yaş arası 60 min insan Həcc edəcək.