Sabah İstanbulda Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.
O, qeyd edib ki, toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq. Toplantıya Gürcüstan da dəvət olunub. “Amma düşünürəm ki, onlar iştirak edə bilməyəcəklər”, – nazir qeyd edib.
Nazir vurğulayıb ki, Türkiyə və Azərbaycan bir millət iki dövlətdir. İki ölkə bir sıra məsələlərdə hətta bir dövlət kimi çıxış edir: “İki dövlət bəzi məsələlərdə bir dövlət kimi çıxış edir”. İqtisadiyyat, xarici siyasət, strateji məsələlərdə və digər sahələrdə əməkdaşlıq çox sıxdır.
Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh regiona böyük fayda gətirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı mövqeyi məlumdur.