Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə edib

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Braziliyada ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Fidan və Blinken Qəzza zolağında mümkün qədər tez tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparıblar.

“G-20” xarici işlər nazirlərinin Rio-de-Janeyro görüşündə tərəflər arasında Ukrayna müharibəsi, NATO-nun genişlənməsi prosesi, Azərbaycan və Ermənistan arasında sülh danışıqları və digər regional məsələlər də müzakirə olunub.

Görüşdə qarşıdakı dövrdə həyata keçiriləcək yüksək səviyyəli səfərlərin qrafiki də diqqət mərkəzində olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH YAĞIŞ YAĞACAQ

Fevralın 22-də Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron...

Bağla