HAKAN FİDAN BLİNKENLƏ QARABAĞDAKI SON HADİSƏLƏRİ MÜZAKİRƏ EDİBLƏR

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda taxıl sazişi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə ediblər.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə TASS-a bildirib.

“Bu gün BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutan görüş 45 dəqiqə davam edib. Görüşdə iki ölkə arasında münasibətlərin yüksəldilməsi üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı həmçinin Qara dəniz taxıl təşəbbüsü, İsveçin NATO-ya üzvlüyü və Qarabağdakı son hadisələr də müzakirə edilib”, – mənbə agentliyə deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT XİN başçıları Nyu-Yorkda görüşüb, Azərbaycanın antiterror tədbirləri müzakirə olunub

ABŞ-nin Nyu-York şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilib. 22 sentyabr tarixində Nyu Yorkda BMT Baş...

Bağla