Hakan Fidan rusiyalı rəsmilərlə Azərbaycanla Ermənistan arasında sülhü müzakirə edib

0

Rusiyada rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin ilə görüşüb.

Bu barədə “Sabah” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl H. Fidan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb.

Qeyd olunub ki, görüşlərdə Ukraynadakı nizamlanma, Qəzza zolağında, Suriyadakı vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirələr aparılıb.

Fidan Rusiyaya səfəri çərçivəsində BRİKS+ ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Onun rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacağı gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CEVDET YILMAZ VƏ HİKMƏT HACIYEV İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİ MÜZAKİRƏ EDİBLƏR

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada...

Bağla