Türk Dövlətləri Təşkilatının (TDT) daha funksional və təsirli olmasını istəyirik.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bişkekdə qırğızıstanlı həmkarı Cinbek Kulubayevlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, nazirlərin görüşü zamanı bu məsələ xüsusi müzakirə olunub: “Bildiyiniz kimi, TDT-yə Qırğızıstan sədrlik edəcək. Bu işdə Qırğızıstana uğurlar arzu edirik”.
H.Fidan həmçinin qeyd edib ki, həmkarı ilə digər regional məsələlər barədə də danışıb.