Hakan Fidan: “Türkiyə Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyir”

0

“Hər zaman olduğu kimi Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyirik”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 19-da Nyu-York şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

Nazirlər Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik əlaqələrdən irəli gələn məsələləri, eləcə də bölgəmizdəki son vəziyyəti müzakirə ediblər.

C.Bayramov həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə XİN rəhbərləri Qarabağdakı antiterror tədbirlərini müzakirə ediblər

Sentyabr 19-da xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində...

Bağla