HAKAN FİDAN: ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASINA DƏSTƏK GÖZLƏYİRİK

0

Türkiyə Xarici işlər naziri Hakan Fidan Zəngəzur dəhlizinin açılmasına dəstək gözlədiklərini bildirib.

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında danışan nazir Azərbaycanın COP29-a sahibliyini yüksək qiymətləndirdiklərini və bu münasibətlə təbrik etdiklərini deyib.

Türkiyə XİN başçısı Qarabağ zəfərinin doğurduğu reallıqlardan söz açıb:

“Zəfər yeni reallıqlar yaradıb. Artıq bölgədə qalıcı sülhü təmin etmək mümkün görünür. Zəngəzur dəhlizinin açılmasına dəstək gözləyirik. Ceyhun Bayramov Azərbaycan-Ermənistan arasındakı son görüş barədə bizi məlumatlandırdı”.

Qəzzada baş verənlərə münasibət bildirən nazir deyib ki, təcili atəşkəs elan edilməlidir.

Türkiyə XİN başçısı vurğulayıb ki, İsrail-Fələstin müharibəsi ikidövlətli həll yolu ilə sonlanmalıdır.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH YAĞIŞ YAĞACAQ, ŞİMŞƏK ÇAXACAQ, DOLU DÜŞƏCƏK

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı...

Bağla