Fransada islamafobiya hərəkatı davam edir. Fransanın daxili işlər naziri, marketlərdə “Halal ərzaq” şöbəsi olduğu üçün narahat olduğunu ifadə edib.
Ölkədə yayımlanan BFMTV kanalına açıqlama verən nazir Cerald Darmanin, marketlərdə halal ərzaq məhsulları üçün xüsusi şöbələrin olmasına görə narahat olduğunu, hətta şok keçirdiyini deyib.
Nazir Darmanin qruplaşmanın belə başladığını, bunda kapitalizmin də rolu olduğunu deyib.
Darmanin, İslam peyğəmbərinin karikaturalarının nəşr edilə biləcəyini, bu karikatutaların dərsliklərə də salına biləcəyini deyib.
Terror və radikallaşmanın inkişafında sosial şəbəkələrin böyük rolu olduğunu deyən nazir, son 3 il ərzində Fransada məscidlərin də daxil olduğu 358 mərkəzin bağlandığını və 428 nəfər əcnəbinin ölkədən deportasiya edildiyi bildirib.
Anadolu agentliyi