“HALAL QİDA” SEKTORU SÜRƏTLƏ BÖYÜYÜR

0

Dünyanın ən sürətlə böyüyən sektorlarından biri “Halal qida” bazarıdır. Bu barədə “Euromonitor International” qlobal bazar tədqiqatları şirkətinin keçirdiyi son araşdırmada bildirilir. Araşdırmalara görə əhali sayının dəyişilməsi, xərclənən gəlir səviyyəsinin artması, internet imkanlarının çoxalması, halal məhsul tələbinin böyüməsinə səbəb olan amillərdən biridir. 

“Euromonitor International” əməkdaşları hesab edir ki, İndoneziya, Pakistan, Hindistan, Nigeriya və İran kimi ən çox müsəlman əhalinin yaşadığı 5 ölkədə xərclənən gəlir səviyyəsi 257%, internetdən istifadə imkanı isə 31% çoxalıb. Bu məlumatları “Yeni istehlak və qlobal halal bazar” adlı web-seminarda deyən şirkət rəsmisi bildirib ki, son 10 ildə müsəlman əhali 18% çoxalıb.

Şirkətin analitiklərindən biri halal qida sektorunun böyüməsinə təkan verən amilləri açıqlayıb: “İnternetin və sosial şəbəkənin əsas istifadəçiləri gənclərdir. Onlar, ən yeni meyllər, qlobal tədbirlər və sosial şəbəkə platformu istifadəsi ilə daha çox maraqlanırlar. Bu isə yeni ərzaq və xidmət təcrübələrini, modanı və kosmetika məhsullarını daha əlçatan edib. Təbii ki, halal qida sektoru da bundan payını alıb.”

 Sinqapur və Filippin kimi qeyri-müsəlmanların yaşadığı ölkələr paketlənmiş halal ərzaq və içkiyə illik 1.4 milyard və 7.5 milyard ABŞ dolları xərcləyib.

Blog.euromonitorun xəbərinə örə, qarşıdakı 5 ildə halal qida sektorunun lider ölkəsinin İndoneziya olması proqnozlaşdırılır. 

Xəbər: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İÇİMİZDƏKİ ZƏHƏR: QISQANCLIQ VƏ HƏSƏD

Dincliyin təməlini çürüdən, ictimai quruluşa zərər verən, əlaqələri, ünsiyyəti zədələyən xasiyyətlərin, pis duyğuların təməlində qısqanclıq və həsəd duyğusu vardır. Lakin...

Bağla