İmamı Azam Əbu Hənifə Həzrətlərinin Atası və Alma Hekayəsi
İsti yay günlərinin birində kəndlərinə gedən gənc biri çox susamıştı. Yol üstündə meyvə bağına rast gəlmiş, nəfsini saxlaya bilməyib bağdan bir alma qoparıb yemiş və yoluna davam etmişdi. Birdən bağda yediyi almanın halalığını almadığının fərqinə varmış və tez geri qayıtmışdı. Uzun axtarıştan sonra bağ sahibini taparaq ondan halallıq istəmişdi. Gəncin yüksək əxlaqlı biri olduğunu görən bağın sahibi qəzəbli halda “mənim bağımdan nə haqla xəbərsiz alma yemisən”,-demişdi. “Sən məndən xəbərsiz bağımdan necə alma yeyə bilərsən!”,- deyə əlavə etmişdi
Gəncin bütün səylərinə baxmayaraq adam halallıq vermirdi. Halallıq almaq üçün bu qədər çabaladığını görən bağ sahibi ona heyran qalmışdı, ancaq bunu gizlədirdi. Gənc üzr istədikcə bağın sahibi daha da qəzəblənirdi. Nəhayət gəncə “Bir təkləfim var. Əgər razı olsan, onda haqqımı halal edəcəm”, – dedi və sözlərinə davam etdi.
Mənim gözləri görməyən, qulaqları eşitməyən ve dilsiz bir qızım var. Olduqca da çirkindir. Yaxşı düşün, qərarını ver. Əgər qızımla evlənməyi qebul etsən, o zaman sənə haqqımı halal edərəm.
Gənc başqa yolun qalmadığını görüb çarəsiz halda bağ sahibinin bu təklifini qəbul etdi.
Aradan bir müddət vaxt keçti və nəhayət toy günü gəldi çatdı, gənclərin nikahları kəsildi. Nəhayət axşam oldu, gənc otağa gəldi və qızın üzünü açdı. Bu zaman qızın gözəlliyinə heyran qaldı. Cəld yerindən qalaxaraq çölə qaçdı. Qaynatasının yanına gəldi və həyəcanla baş verənləri bir-bir danışdı. Qaynatası gülümsəyərək “Mən sənin çox əxlaqlı olduğunu gördüm. Son dərəcə diqqətlə böyütdüyüm qızımın gözləri naməhram bir yerə baxmadı, qiybət etmədi və dilindən yalan söz çıxmadı, qulağı da hər zaman faydalı sözlər eşitdi. Onu çox yerdən istədilər ve mən qıyıb vərə bilmədim. Nəhayət ki, Allah səni qarşıma çıxartdı və əxlaqını çox bəyəndiyim üçün qızımı səninlə evləndirmək istədim. Allah mübarək eləsin. Hər iki dünyada səadət bəxş etsin”, -dedi.
Evləndilər və bir birlərindən çox razı qaldılar. İslami həyat yaşadıqları üçün Allah onlara ağıllı bir oğlan bəxş etdi. Həmin oğlan isə İmamı Azam Əbu Hənifədir.