HAVA ŞƏRAİTİ BULUDLU OLACAQ

0

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tarixi fürsət yaranıb

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb”. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Annalena...

Bağla