HAVANIN MİNİMAL TEMPERATURU  5 DƏRƏCƏYƏDƏK İSTİ OLUB

0

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 1-i saat 10:00-a olan məlumata əsasən, Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvanda və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ BMT TŞ-NİN ŞİMALİ KİPRLƏ BAĞLI QƏRARINA ETİRAZ EDİB

Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Kiprdəki sülhməramlı fəaliyyətinin uzadılmasına etiraz edib. “Report” xəbər verir ki, bu...

Bağla