HAZIRDA DUMANLI HAVA ŞƏRAİTİ MÜŞAHİDƏ OLUNUR  

0

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gecə saatlarında buludluluğun az olması, yerüstü təbəqədə səthin soyuması, gündüz saatlarında havanın temperaturunun yüksək olması (inversiya) dumanın əmələ gəlməsinə səbəb olub.

Dumanlı hava şəraitinin aprelin 19-dək fasilələrlə davam edəcəyi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla 2024-cü il fevralın 19-da Ankara...

Bağla