“HELLOUİN” BAYRAMI KEÇİRƏNLƏR MƏSCİDƏ HÜCUM ETDİ

0

Qərb ölkələrində qeyd olunan və meyit, şeytan, cin-şayətin təsvirləri ilə müşayət olunan əndrəbadi  “Hellouin” bayramı ABŞ-ın Aydaho ştatındakı Tuin Fols şəhərinin məscidi üçün dağıntılarla nəticələnib. 

Bu haqda həmin ştatın “Idaho State Journal” nəşri xəbər yayıb. Məscidin əməkdaşı İmad Yudjail noyabrın 1-də səhər saatlarında işə gəldiyində ibadətgahın böyük bir pəncərəsinin sındırıldığını görüb. 3 il ərzində şəhərin müsəlman icmasının ianələri hesabına, hər bir sent qənaətlə işlədilməklə tikilmiş bir məscid üçün bu, böyük zərərdir. İ.Yudjailin sözlərinə görə, sındırılmış pəncərə müsəlman icmasına 1200 dollara başa gəlib.

Məlumata görə, Aydaho polisi amerikalıların əcaib “Hellouin” bayramını hay-küylə qeyd edərək həvəslə özlərini şər qüvvə kimi göstərdikləri bir gecədə baş vermiş vandalizm aktını guya araşdırır.  

Qeyd edilir ki, bu, Tuin-Fols məscidinə qarşı ilk vandalizm aktı  deyil. Bir il öncə naməlum şəxslər məscidin həyətinə donuz ətinə bükülmüş bir xaç qoyub. Polis bu günədək hələ də cinayətkarları aşkar etməyib… 

Qeyd edək ki, Azərbaycanda bir sıra məktəb və müəssisələrdə bu  əcaib bayramı böyük həvəslə təşkil edərək bilərəkdən-bilməyərəkdən uşaqlarımıza, gənclərimizə şər ruh təlqin edənlər var…

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AİLƏDƏ ƏXLAQ

Su, atəş və əxlaq dostluq qururlar. Bir gün onlar meşədə gəzməyə çıxırlar. Lakin bir müddət sonra meşə çox böyük və...

Bağla