Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi Heydərxanlı məscidi orijinal layihəsi əsasında yenidən inşa olunur. Məlumata görə, ibadət ocağı ikimərtəbəli olacaq.
Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr olacaq və burada axund otağı da yaradılacaq.
Qeyd edək ki, Cəhri qəsəbəsində yerləşən və el arasında Heydərxanlı məscidi kimi tanınan ibadət ocağı Naxçıvanda orta əsrlərdə yaradılan məscidlərdən biridir.
Bu gün Cəhri qəsəbəsində 6 məscid və son dövrlərdə tikilən 2 mərasim evi var.
Report