Hidayət Heydərov Fransa idmançısına qalib gələrək Olimpiya çempionu oldu

0

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbula (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovadan (Kosovo) güclü olub.

Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: “QARABAĞA GİRDİYİMİZ KİMİ, ORA DA GİRƏRİK”

Bəzi proqramlara qatılmaq üçün məmləkəti Rizedə olan Türkiyə prezidenti və hakim AKP (Ədalə və İnkişaf Partiyası) sədri Rəcəb Tayyib Ərdoğan...

Bağla